Əsas Səhifə > Cəmiyyət > XTD KOMANDİRİ ŞUŞA DÖYÜLƏRİNDƏN DANIŞDI - "15-20 nəfərlik qruplara bölünmüşdük..." + VİDEO
XTD KOMANDİRİ ŞUŞA DÖYÜLƏRİNDƏN DANIŞDI - "15-20 nəfərlik qruplara bölünmüşdük..." + VİDEO4-07-2021, 18:53 |
![]() Şəffaflıq.az-ın xəbərinə görə, Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərində bir çox igidliklər göstəriblər. Onlardan da biri “Qarabağ” ordeni ilə təltif olunmuş mayor Nurlan Məmmədovdur. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiridir. Döyüşlərə Füzuli istiqamətindən qoşulan N.Məmmədov Şuşanın düşməndən azad olunmasında göstərdiyi şüacətləri ilə yadda qalıb. “Report”un əməkdaşı N.Məmmədov ilə söhbət aparıb. O, 44 günlük Vətən müharibəsində qazanılmış qələbədən, Şuşa döyüşlərindən danışıb: “Ən çətin döyüşlərimizdən biri elə Şuşanın azad edilməsi uğrunda gedən savaş idi. Düşmənin müəyyən texnikası ilə üz-üzə gəldik. Biz az sayda - 15-20 nəfərlik qruplara bölünmüşdük. Şuşada ermənilərin 110-120 nəfərlik şəxsi heyəti üstümüzə gəldi. Biz onlarla elə döyüşdük ki, elə bildilər böyük dəstə və taborla gəlmişik. Bizdə o qədər güc, iman var idi ki, onları qorxmadan, usanmadan məhv etdik”. ![]() ![]() Geri qayıt |