Əsas Səhifə > İdman > AVRO-2020: Danimarka Bakıda Çexiyaya qalib gəlib
AVRO-2020: Danimarka Bakıda Çexiyaya qalib gəlib3-07-2021, 23:22 |
AVRO-2020-də 1/4 final mərhələsinin ikinci oyun gününə start verilib.Apasport.az saytının məlumatına görə, üçüncü yarımfinalçı Çexiya və Danimarka arasında müəyyənləşib.Bu görüş Bakı Olimpiya Stadionunda keçirilib. Qrup mərhələsində üç qarşılaşmaya ev sahibliyi edən arenada turnir çərçivəsində son matç baş tutub. Qarşılaşma erkən qolla başlayıb. Tomas Delayni artıq 5-ci dəqiqədə danimarkalıları hesabda önə çıxarıb. Fasilə ərəfəsində fərq iki topa çatıb. Bu dəfə Kasper Dolberq fərqlənib. İkinci hissəyə çexiyalılar daha fəal başlayıb. Fasilədən az sonra Patrik Şik çempionatdakı 5-ci qolu ilə azarkeşlərini ümidləndirib. Lakin çexiyalılar matçı xilas edə bilməyərək turnirlə vidalaşıb. Yarışa iki məğlubiyyətlə başlayan Danimarka isə yarımfinala yüksəlib. Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün keçiriləcək İngiltərə - Ukrayna matçı ilə yekun vurulacaq. AVRO-2020 1/4 final 3 iyul 20:00. Çexiya – Danimarka - 1:2 Qollar: Patrik Şik, 49 - Tomas Delayni, 5, Kasper Dolberq, 42 Baş hakim: Byörn Kuypers (Niderland) Bakı Olimpiya Stadionu Geri qayıt |