Əsas Səhifə > Dünya > Yaponiyada daşqın və torpaq sürüşməsi: 30 nəfər itkin düşdü
Yaponiyada daşqın və torpaq sürüşməsi: 30 nəfər itkin düşdü3-07-2021, 11:54 |
Yaponiyada güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri səbəbindən Atami şəhərində ən azı 20 nəfərin itkin olduğu bildirildi.Yaponiyada təsirini göstərən güclü yağış həyatı mənfi təsir etdi. Ölkənin müxtəlif bölgələrində, xüsusən Kanagawa, Shizuoka və Chiba əyalətlərində yağan güclü yağış bir çox bölgədə sel və torpaq sürüşməsi ilə nəticələndi. Yaponiya Meteoroloji Agentliyi (JMA), riskli ərazilərdə yaşayan sakinləri evakuasiya xəbərdarlıqlarına hazır olmağa çağırdı, yerli hakimiyyət orqanları mümkün çay daşqını və şimşək çaxması barədə xəbərdarlıq etdi.20 nəfər itkin! Şizuoka vilayətindəki Atami şəhərində baş verən torpaq sürüşməsindən sonra 20 nəfərin itkin olduğu bildirilir. Bölgə qubernatorluğundan edilən açıqlamada, itkin düşənlərin axtarışının davam etdiyi, yerli səlahiyyətlilərin Yaponiya Özünümüdafiə Qüvvələrindən (SDF) əlavə heyət istəməsi ifadə edildi. Şəffaflıq.az Geri qayıt |