Əsas Səhifə > Cəmiyyət > ŞAR Kosmik hava pronozu: İyulun 3-də bizi nə gözləyir?
ŞAR Kosmik hava pronozu: İyulun 3-də bizi nə gözləyir?1-07-2021, 22:40 |
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. ŞAR-dan verilən məlumarta görə Şəffaflıq.az bildirir ki, proqnoz dövründə - iyulun 3-dək Günəş fəallığı aşağı səviyyədə olacaq. Yüklü zərrəciklər – 2 MeV-dən böyük enerjili elektron selinin proqnoz dövründə normal səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən böyük enerjili proton selinin fon səviyyəsində olacağı proqnozlaşdırılır. İyulun 2-də Günəş küləyinin şəraiti daha az həyəcanlaşdırıcı olması ehtimalı ilə geomaqnit sahə əsasən sakit olacaq. İyulun 3-də CME (29 iyun) hesabına geomaqnit sahənin qeyri-stabil olmaqla dəyişməsi gözlənilir. Geri qayıt |