Əsas Səhifə > SİYASƏT / Dünya > BMT-dən İranla bağlı çağırış

BMT-dən İranla bağlı çağırış


1-07-2021, 09:41

 

BMT baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurası İran nüvə sazişinin yenidən işləmə qabiliyyəti qazanması və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı çağırış edib.

Şəffaflıq.az xəbər verir ki, baş katib və şuraya üzv olan 15 ölkə nüvə sazişinin normal şəkildə davam etməsi və Tehranın saziş çərçivəsindəki öhdəliklərinə tam olaraq riayət etməsi qarşılığında İrana tətbiq olunan ABŞ sanksiyalarının ləğvi məsələsini gündəmə gətiriblər.

“ABŞ-ın Hərtərəfli Birgə Hərəkət Planına qatılması məmnuniyyətlə qarşılanacaq bir irəliləyiş olacaq”, - BMT baş katibinin Siyasi işlər üzrə köməkçisi Roze Mariya Dikarlo bildirib.

Geri qayıt