Əsas Səhifə > İqtisadiyyat > Ələt, Korgöz və Lökbatanda avtomobil yollarının yenidən qurulmasına 2,1 milyon manat ayrılıb
Ələt, Korgöz və Lökbatanda avtomobil yollarının yenidən qurulmasına 2,1 milyon manat ayrılıb30-06-2021, 15:02 |
Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Şəffaflıq.az-ın məlumatına görə, sərəncama əsasən Bakı şəhəri Qaradağ rayonunun Ələt, Korgöz və Lökbatan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Geri qayıt |