Əsas Səhifə > Dünya > Saakaşvili tok-şou aparmaq qərarına gəlib

Saakaşvili tok-şou aparmaq qərarına gəlib


30-06-2021, 08:11
Gürcüstanın eks-prezidenti və müxalif «Vahid milli hərəkat» partiyasının qeyri-rəsmi lideri Mixail Saakaşvili televiziyada tok-şou aparmaq qərarına gəlib. 
O, hazırda vətənində axtarışdadır və Ukraynada yaşayır.
«Mən kanalların birində, birbaşa efirdə tok-şou aparmağa başlayıram. İkincisi, mən bir neçə yüz cavan adam toplayıb, onları müsabiqə yolu ilə seçərək, Odessada Gürcüstanın gələcəyi üçün innovasiya konqresi keçirmək istəyirəm» - deyə, Saakaşvili bəyan edib.
Sabiq Prezident 2017-ci ildə artıq «ZİK» telekanalında «Başqa Ukrayna» adlı tok-şou aparıb.
O zaman Saakaşvili demişdi ki, efirdə «elə Ukrayna göstərəcək ki, onu başqa heç bir kanal göstərmir».

Geri qayıt