Əsas Səhifə > SİYASƏT / Dünya > Avropa İttifaqı liderləri Putinlə sammit keçirib - keçirməməyi müzakirə edir

Avropa İttifaqı liderləri Putinlə sammit keçirib - keçirməməyi müzakirə edir


25-06-2021, 11:36

 

Cümə axşamı və cümə günü Brüsseldə keçirilən danışıqlarda Rusiyaya qarşı ortaq mövqe müəyyən etməyə çalışan Avropa İttifaqının liderləri Almaniya və Fransanın Moskva ilə münasibətləri yeniləmək və mümkündür Avropa İttifaqı ilə Rusiya arasında sammit keçirmək təklifi üzərində fikir ayrılığı yaşayırlar.

Estoniyanın Baş naziri Kaya Kallas cümə axşamı Brüsseldə yaxın zamanlarda Moskvada sammit keçirməklə bağlı tərəddüdlərini dilə gətirib.

“Biz hamımız Rusiyanın böyük təhlükə olduğu üzərində razılaşdıq. Onlar çox aqressivdirlər. Mənə maraqlıdır ki, indi nə baş verib, bu təklif hardan çıxıb? Və mən onların keçən dəfədən bu yana nəyib dəyişdiyinin izahını dinləmək istəyirəm, çünki Rusiya bizim onlara icazə verdiyimz qədər uzağa gedə bilir,” o deyib.

Avropa İttifaqı liderlərinin hər ay keçirdikləri iclasda bir sıra başqa məsələlər də müzakirə olunacaq, lakin Berlin və Parisin son dəqiqə Rusiya ilə münasibətləri yeniləməklə bağlı irəli sürdüyü təklifi gündəmin əsas mərkəzindədir. Rəsmi Moskva bildirir ki, Rusiya Prezidenti Vladimir Putin bunu nəzərdən keçirir. Ukraynanın xarici işlər naziri bunu “təhlükəli” adlandırır. Şərqi Avropa ölkələri də buna qarşı çıxır.

Brüsseldə qərargahlanan Avropa Siyasət Mərkəzinin Rusiya üzrə təhlilçisi İvano di Karlo deyir ki, “əlbəttə ki, Almaniya ilə Fransanın təklifi gözlənilməz oldu. Bu, Avropa Şurası ilə bəzi fikir ayrılqılarına səbəb ola bilər. Bəzi mərkəzi və şərqi Avropa ölkələri bunu Rusiyadan heç bir müsbət işarənin olmadığı bir vaxt Putinı mükafat olaraq görəcəklər.”

Sanksiyalar və əlaqə

Fransa və Almaniya deyir ki, onlar Brüsselin dediyinə görə, Aİ-Rusiya arasında mənfi münasibətlərdən sonra lazım olanda iqtisadi sanksiyalardan istifadə etmək, eyni zamanda isə Moskva ilə əlaqə qurmaq istəyirlər. Onlar bu təklidi ötən həftə ABŞ Prezidenti Co Baydenlə Putin arasında Cenevrədə keçirilən sammit, eyni zamanda isə bu həftə Rusiya ilə Aİ-nin keçmiş üzv olan Britaniya arasında hərbi gəmilərin qarşıdurması fonunda irəli sürüblər.

Fransa Prezident Emmanuel Makron deyir ki, Rusiya ilə dialoq Avropanın maraqlarını və sabitliyini qorumaq üçün vacibdir. Lakin o israr edir ki, Aİ bloka təhlükə yaradan heç bir şeydə güzəştə getməməlidir.

Avropa liderləri həmçinin Türkiyə ilə bağlı da müzakirə aparacaqlar. Deyilənə görə, Brüssel Ankaraya qaçqınlara kömək və sərdədə nəzarət üçün bir neçə milyon dollar yardım ayıracağını açıqlayacaq.

İnsan haqları qrupları bunu Avropaya gələn miqrantların qarşısını almaq cəhdi olaraq görür və bunu tənqid edir. Avropa Siyasət Mərkəzinin baş elmi işçisi Amanda Pol deyir ki, Türkiyədə bir çoxları Avropanın kifayət qədər səy göstərmədiyini deyir.

“Bu, Türkiyənin üzərində böyük bir yükdür.Türkiyənin iqtisadiyyatı COVID pandemiyası səbəbilə böyük ziyan görüb və milyonlarla qaçqısının qayğısına qalmaq yükdür və onlar bunu artıq bir neçə ildir edirlər.”


Şəffaflıq.az
Geri qayıt