Əsas Səhifə > Dünya > AŞPA Rusiyanı öz tərkibinə daxil etdi

AŞPA Rusiyanı öz tərkibinə daxil etdi


25-06-2019, 22:32
Şəffaflıq.az xəbər verir ki, Fransanın şimal-şərqində yerləşən Strasburq şəhərində toplanan Avropa Şurası Parlament Assambleyasının iclasında Rusiya Federasiyasının 5 illik fasilədən sonra AŞPA-ya yenidən qəbul edilməsi qərara alınıb.
Rusiya 2014-cü ildə Krımı işğal elədiyi üçün AŞPA-dakı səsvermə hüququ əlindən alınmışdı. Rusiya da bu qərara etiraz edərək 2016-cı ildən etibarən AŞPA-ya heyət göndərməməyi qərara alnış və illik 33 milyon avro büdcəsi olan Avropa Şurasına 2017-ci ildən bəri üzvlük haqqı ödəməkdən imtina eləmişdi.
Rusiyanın geri dönməsinin lehinə 118, əleyhinə 62 səs verilib, 10 nəfər bitərəf qalıb.Hurriyyet.org
Geri qayıt