Əsas Səhifə > SİYASƏT / REGİON > Hulusi Akar: “Türkiyə hazırda Əfqanıstana hərbçi göndərməyəcək”

Hulusi Akar: “Türkiyə hazırda Əfqanıstana hərbçi göndərməyəcək”


23-06-2021, 22:22

“Kabildəki fəaliyyətimizin davam edib-etməyəcəyi ilə danışıqlar gedir. Hazırda hər hansı bir şəkildə hərbçi göndərmə vəziyyətində deyilik”.

Şəffaflıq.az-ın xəbərinə görə, bu fikirləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar sabah ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Türkiyəyə göndərəcəyi texniki heyətlə bağlı məsələyə mövqe bildirərkən deyib.
Nazir bildirib ki, ABŞ və NATO-nun geri çəkilmə qərarından sonra Əfqanıstanın gələcəyi maraq mövzusuna çevrilib: “Bu səbəbdən də sabah ABŞ-dan gələcək heyətlə Əfqanıstanda Kabil Hamid Karzai Beynəlxalq Hava Limanının saxlanılması üçün fəaliyyətlər müzakirə ediləcək”.
H.Akar regionda türk hərbçilərinin əfqan qardaşlarının təhlükəsizliyinə dəstək verdiyini xatırladıb: “Məsələ ilə əlaqədar digər ölkələrlə də danışıqlarımız və araşdırmalarımız davam edir. Bu işlər tamamlanandan sonra lazımlı tədbirlər görüləcək və bu, bir plana çevriləcək. Oradakı qardaşlarımızın rahatlığı, dincliyi və təhlükəsizliyi üçün son 20 ildə digər ölkələrlə birlikdə əlimizdən gələni etdik. Xüsusilə, son 6 ildə Kabil hava limanını idarə etmək üçün lazım olan dəstəyi verdik"
.APA
Geri qayıt