Əsas Səhifə > Gündəm > "Azərbaycan iqtisadiyyatı 2022-ci ildə pandemiyadan əvvəlki vəziyyətə qayıdacaq" - Sara Maykl

"Azərbaycan iqtisadiyyatı 2022-ci ildə pandemiyadan əvvəlki vəziyyətə qayıdacaq" - Sara Maykl


22-06-2021, 10:32
Azərbaycan iqtisadiyyatı 2022-ci ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının (DB) Bakı Bürosunun rəhbəri Sara Maykl bildirib.
“DB-nin iqtisadçıları iqtisadiyyatın tədricən bərpa olunacağını proqnozlaşdırırlar. Hazırki proqnozlara görə, bu il ÜDM-in artım templərinin3%, 2022-ci ildə isə 4% olacağı gözlənilir. Lakin ölkədə vaksinləmənin yüksək templəri, həmçinin işğal edilmiş ərazilərin bərpası ilə bağlı dövlət xərclərinin və investisiyalarının artım templəri ilə əlaqədar olaraq, faktiki artım templəri bizim proqnozlarımızı üstələyə bilər”, - S.Maykl bildirib.
Onun fikrincə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, xüsusən də bu rayonların ölkə iqtisadiyyatına reinteqrasiyası iqtisadi artım templərinin bərpasına və yüksəlməsinə öz töhfəsini verəcək.
“Bu özünü regionun potensialında da göstərəcək, belə ki, kommunikasiyaların, nəqliyyat marşrutlarının açılması və ümumilikdə, blokadanın aradan qaldırılması ilə regional inkişafa ziddi təkan veriləcək. Məsələn, Azərbaycanın Türkiyə və digər ölkələrlə ilə birbaşa nəqliyyat əlaqəsi Azərbaycanın logistika mərkəzinə çevrilmək perspektivlərini əhəmiyyətli dərəcədə artıracaq”, - nümayəndəlik rəhbəri qeyd edib.
Qeyd edək ki, Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in 3,4%, 2022-ci ildə isə 4,8% artacağını proqnozlaşdırır. COVID-19 məhdudiyyətləri və OPEC+ razılaşmaları çərçivəsində neft hasilatının azalması səbəbindən 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb.

Geri qayıt