Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Ekspertdən parolların dəyişdirilməsi ilə bağlı tövsiyələr

Ekspertdən parolların dəyişdirilməsi ilə bağlı tövsiyələr


22-06-2021, 09:31
 

İnternet hesabları üçün parol ən azı üç ayda bir dəyişdirilməli və alış-veriş üçün isə əsas bank kartınızı istifadə etməməlisiniz.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada informasiya təhlükəsizliyi sahəsində aparıcı şirkətlərdən biri olan “Cross Technologies”in rəhbəri Yelizaveta Tutova xəbərdarlıq edib.
Tutova həmçinin iş kompüterini şəxsi məqsədlər üçün istifadə etməməyə çağırıb, evdə isə o, kompyuterə lisenziyalı proqramların quraşdırılmasını tövsiyə edib.
Onun sözlərinə görə, iş yerində saxtakarlığa dair hər hansı bir şübhə zamanı IT xidməti ilə əlaqə saxlanılmalıdır.
“Bundan əlavə, internetdəki fırıldaqçılardan qorumaq üçün heç vaxt, heç kimə, heç bir halda bank kartı məlumatlarınızı açıqlamamalısınız. Naməlum bir göndəricidən gələn linkləri izləmək və məktublardan əlavələri açmaq, tanış olmayan mənbələrdən faylları yükləmək, antivirusla yoxlanışından keçməyən yaddaş kartlarından istifadə etmək tövsiyə edilmir”, - deyə o bildirib
.
Geri qayıt