Əsas Səhifə > ELM VƏ TƏHSİL > Rezidenturaya qəbul imtahanında ümumilikdə 463 namizəd ikinci mərhələyə buraxılıb
Rezidenturaya qəbul imtahanında ümumilikdə 463 namizəd ikinci mərhələyə buraxılıb22-06-2021, 00:12 |
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 20 iyun tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1738 namizəddən 31 nəfəri imtahana gəlməyib. 715 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib. Müsabiqə şərtini ödəyənlərdən 252 nəfər 4 və ya 5-ci kurs tələbələridir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 94 bal olub. İyunun 20-də keçirilən imtahanda 256 nəfər bu ilin, 207 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 463 namizəd ikinci mərhələyə buraxılıb. 2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 291 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır. İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 22-24 iyun 2021-ci il tarixlərində müraciət edə bilərlər. Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) avqustun 4-də keçirilməsi nəzərdə tutulur. Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) sentyabr ayında keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar. Şəffaflıq.az Geri qayıt |