Əsas Səhifə > SİYASƏT / Dünya > İsrailin XİN rəhbəri tarixdə ilk dəfə BƏƏ-yə səfər edəcək
İsrailin XİN rəhbəri tarixdə ilk dəfə BƏƏ-yə səfər edəcək21-06-2021, 22:43 |
İsrailin Xarici işlər naziri Yair Lapidin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iyunun 29-30-da baş tutacaq. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib. Qeyd olunub ki, bu, tarixdə ilk belə səfər olacaq. Səfər çərçivəsində Y.Lapid BƏƏ-nin baş diplomatı şeyx Abdullah bin Zaid Əl-Nahayyan ilə görüşəcək. Həmçinin o, İsrailin BƏƏ-dəki səfirliyinin və Dubaydakı baş konsulluğunun açılışlarında iştirak edəcək. Şəffaflıq.az Geri qayıt |