Əsas Səhifə > Hadisə > Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı
Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı20-06-2021, 22:09 |
Şamaxı rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Əhmədov Elçin Maksud oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Gəncin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır. Geri qayıt |