Əsas Səhifə > Dünya / REGİON > Gürcüstan hakimiyyəti etirazçıların daha bir tələbinə “HƏ” DEYİB

Gürcüstan hakimiyyəti etirazçıların daha bir tələbinə “HƏ” DEYİB


24-06-2019, 19:41

Şəffaflıq.az xəbər verir ki, Gürcüstan hakimiyyəti 2020-ci ildə ölkədə proporsional sistem üzrə parlament seçkilərinin keçirilməsi tələbi ilə razılaşdığını bildirib. Bu barədə xəbəri “Gürcüstan arzusu” partiyasının ofisində keçirilən brifinqdə çıxış edən Bidzina İvanaşvili verib. Bununla da Gürcüstanın qeyri-rəsmi idarəçisi artıq dörd gün ərzində ölkədə keçiriən aksiyaların iştirakçılarının daha bir tələbi ilə razılaşıb. Birinci tələb – parlament sədrinin istefası tələbi iyunu 21-də həyata keçirilmişdi.
Parlament binasının qarşısında keçirilən aksiyaların iştirakçılarının əsas tələblərindən biri məhz 2020-ci ildə proporsional sistemlə parlament seçkilərinin keçirilməsi idi.
“Gürcüstan arzusu”nun ofisində səhər saatlarından etibarən əvvəlcə siyasi şuranın üzvləri toplaşıb, ardından parlament əksəriyyətinin iclası keçirilib. Parlament çoxluğunun iclasında aksiya iştirakçılarının tələblərini nəzərdən keçirib.Hurriyyet.org
Geri qayıt