Əsas Səhifə > Dünya > İran sabah 8-ci prezidentini seçəcək
İran sabah 8-ci prezidentini seçəcək17-06-2021, 12:55 |
Sabah İranda 13-cü dəfə prezident seçkisi keçiriləcək. Şəffaflıq.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu gün ölkə üzrə sükut günüdür. Bildirilib ki, COVID-19 səbəbindən səsvermə sosial məsafə və gigiyenik tədbirlər gözlənilməklə keçiriləcək. Səsvermə saat 07.00-da başlayacaq 00.00-da başa çatacaq. Əgər ehtiyac olarsa, Ali Seçki Təşkilatı səsverməni iyunun 19-da saat 02.00-a qədər uzadıla bilər. Məlumata görə, İranda 59 milyon 310 min 307 seçici var. Bu il 1 milyon 392 min 148 nəfər ilk dəfə səsvermədə iştirak edəcək. Rəsmi olmayan məlumata əsasən, 3,5 milyon seçici ölkə xaricində səs verəcək. Bildirilib ki, prezidentliyə namizədlərin sayı 4-ə enib. Möhsün Mehrəlizadə, Əlirza Zakani və Səid Cəlili namizədliklərini geri götürüb. İranın 8-ci prezidenti olmağa namizədlər bunlardır: Məhkəmə sədri İbrahim Rəisi, İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı, Məsləhət Şurasının baş katibi Möhsün Rzai, deputat Əmirhüseyn Kadızadə-Haşimi, Mərkəzi Bankın keçmiş direktoru Abdünnasir Himməti. Səsverməni ilkin nəticələrinin iyunun 19-da açıqlanacağı gözlənilir. Geri qayıt |