Əsas Səhifə > REGİON > Şamaxıda Milli Qurtuluş Günü münasibəti ilə konfrans keçirilib
Şamaxıda Milli Qurtuluş Günü münasibəti ilə konfrans keçirilib16-06-2021, 14:51 |
![]() Konfransda çıxış edən Milli Məclisin deputatı xanım Tamam Cəfərova Ulu Öndərin siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti nəticəsində o zaman respublikada yaşanan xaos və anarxiya, vətəndaş qarşıdurması, getdikcə dərinləşən sosial-iqtisadi böhran şəraitində dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasından və ildən-ilə möhkəmlənməsindən danışıb. Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Şamaxı Cümə məscidinin axundu Mərəhməd Mustafayev o zaman xalqımızın Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, milli qurtuluşun açdığı yolla parlaq gələcəyə doğru inamla irəlilədiyini və Ümummilli Liderin şah əsəri olan müasir Azərbaycanın qurtuluşla başlayan zəfər tarixinə yeni-yeni parlaq səhifələr yazmaqda davam etdiyini bildirib. Şəffaflıq.az Geri qayıt |