Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İyunun 16-na olan hava proqnozu

İyunun 16-na olan hava proqnozu


15-06-2021, 12:47
 

İyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Şəffaflıq.az xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 20-23 isti, gündüz 28-33 isti, Bakıda gecə 21-23 isti, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında bəzi yerlərdə duma olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23 isti, gündüz 32-37 isti, dağlarda gecə 10-15 isti, gündüz 20-25 dərəcə isti olacaq.

Abşeron çimərliklərində mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində:

(Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən iyunun 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Geri qayıt