Əsas Səhifə > Gündəm / Maraqlı > Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib12-06-2021, 23:44 |
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib. Şəffaflıq.az-ın məlumatına görə, bu gün özəl xəstəxanalardan birində 29 yaşlı Lamiyə Mürşüdlü doğum edib. Doğulan körpələrdən dördü oğlan, biri qızdır. Müvafiq olaraq oğlanlardan ikisinin çəkisi 1100 qr, biri 1000 qr, biri 845 qr, qız isə 1200 qr olub. Beşəm hamiləliyin 29-cu həftəsində həkim ginekoloqlar Öndər Tulumbacı və Emin Haqverdiyevin nəzarəti altında dünyaya gəlib. İlkin məlumata görə, hazırda ana və uşaqların vəziyyəti normaldır. Geri qayıt |