Əsas Səhifə > Hadisə / Kriminal > Dağıstanlılar İstanbulda canları bahasına iri məbləğdə soyğunçuluğun qarşısını aldı-VİDEO

Dağıstanlılar İstanbulda canları bahasına iri məbləğdə soyğunçuluğun qarşısını aldı-VİDEO


21-06-2019, 19:59
 İstanbulda dağıstanlı ata-oğul böyük cəsarət nümayiş etdirərək iri  firmalardan birində baş verə biləcək soyğunçuluğun qarşısını ala biliblər.
Şəffaflıq.az Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə belə deyilir. 
Hacıyasulav İsakov İstanbulda İbn Xəldun universitetini uğurla bitirərək burada yaşayıb işləyən oğlu İsrapil İsakovun yanına qonaq gəlib. İsrapil atası ilə birlikdə Moskva Tibb Akademiyasında təhsil alan bacısına pul köçürməsi yollamaq qərarına gəlib. Bəzi sənədləşmə məsələlərini həll etmək üçün onlar “Cargo” yükdaşıma firmasının İstanbul ofisinin rəhbəri olan tanışlarına müraciət etməli olublar. Ofisdə söhbət zamanı gözlənilmədən içəri tapança ilə silahlanmış  3 quldur daxil olub və hamıya diz üstə çökməyi əmr ediblər. Hacıyasulav quldurlara tabe olmayaraq onlardan birinin əlindən silahı almağa nail olub. Lakin qarşıdurma zamanı o, qarın nahiyəsindən güllələnib.  Atasının köməyinə gələn İsrapil quldurlardan birinin əlindən bıçağı alaraq gürcü qanqsterlərin başçısı Tengiz Pxakadzeni yaralaya bilib.  Lakin  soyğunçu digərləri ilə bir yerdə qaçmağa başlayıb. İsrapil cəld quldurların yerə saldığı tapançanı götürərək ofisin yerləşdiyi otelin mühafizəçisi ilə birgə onların arxasınca yüyürərək atışmaya girişib. O,  Pxakadzeni ələ keçirmək məqsədilə ona atəş açıb. Quldur aldığı yaradan ölüb, digərləri isə qaça bilib. 
Hacıyasulavu həkimlər ağır zədələnmiş  bir böyrəyini çıxarmaq  bahasına xilas edə biliblər. O, indi özünü yaxşı hiss edir. Oğlu İsrapil isə qanlı olayın təfərrüatlarının tam aydınlaşdırılması üçün hələlik həbsdədir. Prokurorluq hadisənin bütün detallarını öyrənir. Olay yerinə ilk gələn türk polislər sübut etməyə çalışır ki, dağıstanlı İsrapil quldurlara müqavimət zamanı özünümüdafiə həddini aşmayıb və sadəcə, soyğunçuları yaxalamağa cəhd edib.





Geri qayıt