Əsas Səhifə > SƏHİYYƏ > Baş İnfeksionistdən həyəcan təbili: “Vaksiniin üçüncü dozasının vurulması məsələsi müzakirə edilir”
Baş İnfeksionistdən həyəcan təbili: “Vaksiniin üçüncü dozasının vurulması məsələsi müzakirə edilir”12-06-2021, 17:00 |
Heç bir vaksin 100 faizlik səmərə vermir. Anticisimlərin yoxlanılması da immunitetin səviyyəsini bir o qədər dəqiq xarakterizə etmir. Şəffaflıq.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. T.Eyvazovun sözlərinə görə, elə insanlar var ki, onlarda iki dozadan sonra ümumiyyətlə anticisimlər əmələ gəlmir: “Bu cür insanlara üçüncü dozanın vurulması məsələsi indi müzakirə edilir və araşdırılır. Peyvənd olunmaqla ilk növbədə ağırlaşma və ölüm hallarının qarşısı alınır, digər tərəfdən də bu, hər kəsin immun sistemindən asılıdır. Əhali arasında immun sistemi güclü və zəif olanlar var. Xüsusilə yaşlılarda immun sistemi müəyyən qədər zəifləyib. Xroniki xəstəliklərdən əziyyət çəkənlərdə immunitetin əmələ gəlməsi bir qədər ləngiyir. Onlar mütləq şəkildə peyvənd vurdurmalıdırlar. Lakin peyvənd ediləndən sonra onlarda alınan nəticələr sağlam insanlardan fərqli ola bilər”. Geri qayıt |