Əsas Səhifə > İdman / Dünya > AVRO-2020: Bakıda tarixi oyun keçiriləcək
AVRO-2020: Bakıda tarixi oyun keçiriləcək12-06-2021, 07:41 |
Bu gün AVRO-2020-də daha üç oyun keçiriləcək. Şəffaflıq.az Apasport.az saytına istinadən məlumat verir ki, altı komanda I turun matçına çıxmaqla çempionatda mübarizəyə start verəcək. Bakı tarixində ilk dəfə qitə çempionatının görüşünü qəbul edəcək. Uelslə İsveçrə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Bu matçla A qrupunda ilk tur başa çatacaq. Digər iki oyun B qrupunda keçiriləcək. Şimallıların duelində Danimarka yarışın debütantı Finlandiyanı sınağa çəkəcək. Günə Sankt-Peterburqda yekun vurulacaq. Rusiya çempionatın favoritləri sırasında yer alan Belçika ilə görüşəcək. Qeyd edək ki, ilk turun oyunları iyunun 15-dək davam edəcək. AVRO-2020-nin təqvimi I tur, 12 iyun A qrupu 17:00. Uels – İsveçrə Baş hakim: Klemen Turpin (Fransa) Bakı Olimpiya Stadionu B qrupu 20:00. Danimarka – Finlandiya Baş hakim: Entoni Teylor (İngiltərə) Kopenhagen. “Parken” stadionu 23:00. Belçika - Rusiya Baş hakim: Antonio Migel Mateu Lahoz (İspaniya) Sankt-Peterburq stadionu Geri qayıt |