Əsas Səhifə > Gündəm > Ramil Usubov ƏMR İMZALADI - Generalı təqaüdə göndərdi

Ramil Usubov ƏMR İMZALADI - Generalı təqaüdə göndərdi


21-06-2019, 12:27

 Dünən Daxili İşlər naziri vəzifəsindən azad olunan Ramil Usubovun son əmrlərindən biri polis generalı ilə bağlı olub.
Şəffaflıq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, R.Usubovun bir neçə gün əvvəl verdiyi əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Elxan Həsənov xidmətdə olmanın yaş həddi ilə bağlı vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.
E.Həsənov 1959-cu ildə İrəvan şəhərində anadan olub. 1986-cı ildən polis sistemində işləyir, 1997-ci ildə Polis Akademiyasını bitirib. Bundan öncə, nazirliyin Cinayət Axtarış İdarəsinin şöbə rəisi və Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləyib.
Uzun illərdir BŞBPİ-nin rəis müavini vəzifəsini tutan general Elxan Həsənov peşəkar polis zabiti kimi tanınıb.
Geri qayıt