Əsas Səhifə > Mədəniyyət / Cəmiyyət > Milli Qurtuluş Günü “QURTULUŞ MÜBARİZƏSİNİN QALİBİ HEYDƏR ƏLİYEV: DAHİ SİYASƏTÇİ VƏ MÜASİR AZƏRBAYCANIN QURUCUSU” adlı videokonfrans keçirilmişdir
Milli Qurtuluş Günü “QURTULUŞ MÜBARİZƏSİNİN QALİBİ HEYDƏR ƏLİYEV: DAHİ SİYASƏTÇİ VƏ MÜASİR AZƏRBAYCANIN QURUCUSU” adlı videokonfrans keçirilmişdir11-06-2021, 20:31 |
11 iyun 2021-ci il tarixdə Şamaxı rayon Heydər Əliyev Mərkəzi Siyəzən rayon Heydər Əliyev Mərkəzi, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi, Abşeron rayon Heydər Əliyev Mərkəzi,və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü “QURTULUŞ MÜBARİZƏSİNİN QALİBİ HEYDƏR ƏLİYEV: DAHİ SİYASƏTÇİ VƏ MÜASİR AZƏRBAYCANIN QURUCUSU” adlı videokonfrans təşkil edilmişdir. Tədbiri Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq bildirdi ki, Azərbaycan xalqının çağırışı ilə məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ölkəmizə sabitlik və təhlükəsizlik, eləcə də cəmiyyətimizə rifah gətirdi. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Sonra isə videokonfranada iştirak edən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Abşeron rayon Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Samirə Həsənova və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova 15 iyun - Milli Qurtuluş Gününün əhəmiyyətindən, Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısından danışıblar. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Şəffaflıq.azGeri qayıt |