Əsas Səhifə > SİYASƏT > Rusiya Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edə bilər

Rusiya Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edə bilər


11-06-2021, 13:23
"Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirak etməyə hazırdır".
Bunu açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.
“Bölgələrdə yaşayışın bərpasına gəlincə, təbii ki, Rusiya şirkətlərinin bu işlərə hansı mərhələdə, hansı formada qoşula biləcəyinə dair Azərbaycan tərəfinin təkliflərilə məmnuniyyətlə tanış olardıq. Məlum olduğu kimi, Azərbaycan hökuməti konkret rayonların, o cümlədən Ağdam rayonunun bərpasına dair planlar üzərində çalışır. Bunun ardından başqa rayonların də bərpasına dair plan və proqramlar hazırlanmalıdır. Bu prosesə qoşulmaqda maraqlıyıq”, - diplomat qeyd edib.


Şəffaflıq.az

Geri qayıt