Əsas Səhifə > İdman / Dünya > Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti seçkisində iştirak edib.
Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti seçkisində iştirak edib.10-06-2021, 21:03 |
Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti seçkisində iştirak edib. Milli Olimpiya Komitəsindən Şəffaflıq.az-a verilən məlumata görə, EOC-un Yunanıstanın paytaxtı Afinada təşkil olunan 50-ci Baş Assambleyasında Azərbaycanı MOK-un baş katibinin müavini Azər Əliyev, marketinq şöbəsinin müdiri Mehman Kərimov, beynəlxalq şöbənin rəhbəri Anar Bağırov, eləcə də Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov və ölkəmizin Yunanıstandakı səfiri Anar Hüseynov təmsil ediblər. Toplantıda Yunanıstan Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Spiros Kapralos Avropa Olimpiya Komitəsinin yeni rəhbəri seçilib. Tədbirdə EOC-un digər orqanlarına da seçkilər keçirilib. Nəticələrə əsasən, Rafael Paqnozzi (İtaliya) qurumun yeni baş katibi. Daina Gudzineviciute (Litva) vitse-prezidenti olub. 2021-2025-ci illər üçün EOC-un İcraiyyə Komitəsinə isə Jan Mişel Brun (Fransa), Annamari Felps (Böyük Britaniya), Berit Kyoll (Norveç), Hasan Arat (Türkiyə), Corce Visatski (Serbiya), Viktoriya Kabezas (İspaniya), Xose Manuel Arauxo (Portuqaliya), Mixay Kovaliu (Rumıniya), Zlatko Matesa (Xorvatiya), Kristina Vasilianova (Moldova), Liney Halldorsdottir (İslandiya) və Uşi Şmitz (Almaniya) seçilib. Azərbaycan Milli Olimpiya Komitəsi bütün seçilmiş idman funksionerlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Geri qayıt |