Əsas Səhifə > Hadisə > Xəzərdə batan gəncin meyiti tapılıb

Xəzərdə batan gəncin meyiti tapılıb


10-06-2021, 10:18
Xəzər dənizində batan Salyan rayon sakininin meyiti tapılıb.
Şəffaflıq.az-ın məlumatına görə, rayonun Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Xamis Füzuli oğlunun meyiti sahildə aşkar edilib.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, X.Xəlilov ötən gün balıq tutmaq məqsədi ilə motorlu qayıqla dənizə çıxmışdı.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt