Əsas Səhifə > Dünya > Albaniya prezidentinə etimadsızlıq göstərildi

Albaniya prezidentinə etimadsızlıq göstərildi


9-06-2021, 22:40

 

Albaniya parlamentinin deputatları səs çoxluğu ilə prezident İlir Metaya etimadsızlıq göstərilməsi haqda qərar qəbul edib.

Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, 140 millət vəkilindən 105-i Metanın istefası lehinə, 7-si əleyhinə səs verib, 3 millət vəkili isə bitərəf qalıb. Bu, Albaniya tarixində prezidentin parlament tərəfindən ilk istefaya göndərilməsi hadisəsidir. 


Parlamentin qərarı yaxın 3 ay ərzində  Konstitusiya Məhkəməsinə çıxarılacaq.

Albaniya Prezidenti ilə hökumət başçısı Edi Rama arasındakı qarşıdurma 25 aprel parlament seçkiləri ərəfəsində daha da kəskinləşdi və fərqli partiyaların tərəfdarları arasında toqquşmalarla müşayiət olundu. Meta inzibati resurslardan istifadə etdiyinə və seçicilərə təzyiq göstərdiyinə görə açıq və sərt şəkildə Ramanı tənqid edib. Səsvermənin nəticələrinə görə, 2013-cü ildən bəri Baş nazirin hakim Sosialist Partiyası qanunvericilik məclisində 140 yerin əksəriyyətini qazandı. Bundan sonra konstitusiyanı pozmaqda günahlandırılan prezidentə qarşı etimad səsverməsi gündəmə gətirildi.

Geri qayıt