Əsas Səhifə > Gündəm > YOLUXMA SAYI KƏSKİN AZALDI-müsbət çıxan 4 nəfər vəfat edib.
YOLUXMA SAYI KƏSKİN AZALDI-müsbət çıxan 4 nəfər vəfat edib.7-06-2021, 19:02 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Şəffaflıq.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 334 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 114 nəfər müalicə olunaraq sağalıb, 4 945 nəfər vəfat edib. 2 688 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4673, bu günə qədər isə ümumilikdə 3 572 418 test icra olunub. Geri qayıt |