Əsas Səhifə > Dünya / Maraqlı > Sərnişinlər sürücüsüz test avtomobilində gəzə biləcəklər...
Sərnişinlər sürücüsüz test avtomobilində gəzə biləcəklər...5-06-2021, 08:25 |
ABŞ-ın Kaliforniya ştatının Kommunal Müəssisələr üzrə Komissiyası "Cruise" şirkətinə pilotsuz sərnişin avtomobillər üzrə ilk proqramda iştirak səlahiyyəti verib. Şəffaflıq.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə komissiya bildirib. "Cruise” CPUC pilotsuz proqramın ilk iştirakçısıdır. Proqrama əsasən sərnişinlər sürücüsüz test avtomobilində gəzə bilərlər. “Cruise” sərnişinlərdən test nəqliyyatında səfərlər üçün gediş haqqı almaya bilər", - xəbərdə deyilir. Komissiya rəhbərliyi pilotsuz proqramda iştirak etmək üçün ilk icazənin verilməsinin diqqətəlayiq mərhələ olduğunu və sürücüsü olmayan avtomobillərin hərəkət ehtiyaclarını qarşılayarkən yol təhlükəsizliyini artıracağını söyləyib. Qeyd edilir ki, “Cruise”in avtomobilləri yoxlamaq icazəsi var idi, amma şirkət indi sənədlə nəqliyyat vasitələrini sərnişinlərə vermək hüququnu qazanıb. Geri qayıt |