Əsas Səhifə > İdman > Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu18-06-2019, 23:49 |
İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Şəffaflıq.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb. 1/4 finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb. Belarus güləşçisinə də gücünü göstərən Əliyev finala vəsiqə qazanıb. İyunun 18-də baş tutan həlledici qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rusiya güləşçisiylə görüşdə 0:3 hesabıyla geridə olan Məlik əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib və Avropa çempionu olub. Nihat Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. Məmmədli növbəti qarşılaşmada türk güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Finalın bir addımlığında Ermənistan güləşçisiylə üz-üzə gələn Nihat prinsipial qarşılaşmadan da üzüağ çıxıb. İlk hissədə qazandığı 4 xallıq üstünlüyü sona kimi qoruyan pəhləvanımız finala çıxıb. İyunun 18-də baş tutan son görüş də güləşçimizin başdan sona üstünlüyü ilə keçib. Belarus idmançısına vaxtından əvvəl qalib gələn Məmmədli Avropa çempionu olub.“Qafqazinfo” Geri qayıt |