Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla əlaqələrə və təmaslara yenidən baxmaq olar.
Günün qoroskopu: Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla əlaqələrə və təmaslara yenidən baxmaq olar.4-06-2021, 00:12 |
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.Qoç - özünüzlə bağlı yaxşı fikrin formalaşmasına çalışın. Birlikdə çalışmağı düşündyünüz insanlarla görüşərək danışıqlar aparmaq olar. İşgüzar təşəbbüsü unutmayın. İdeyalarınızı müzakirəyə çıxarın. Adətən sizi dəstəkləməyən, ideyalarınızı bəyənməyən insanlar belə, bu gün dəstək verəcəklər. Günün ikinci yarısında işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil. Qida rasionuna fikir verin. Mədə-bağırsaq sistemi bu gün xüsusilə həssasdır. Axşam saatlarında idmanla məşğul olmaq fikrindən daşının. Buğa - peşəkar fəaliyyət, biznes və kommersiya ilə bağlı mühüm qərarları qəbul etməyə dəyməz. İşgüzar intuisiyanız bu gün "korlaşıb". Çox asanlıqla səhvə yol verə bilərsiniz. Yaramaz insanların dəyərsiz məsləhətlərinə qulaq asmayın. Belələrinin dediklərini qulaqardına vurun. Günün ikinci yarısında işdə həmkarlar və rəhbərliklə bağlı sərt danışaraq ünsiyyətdə problemlər yaratmayın. Belə davranışın sonradan hansı fəsadlara səbəb ola biləcəyini düşünün. Şəxsi münasibətlərdə pozitiv təmayüllərin təsiri artır. Təşəbbüs göstərin, nəyisə dəyişməyə və ya yaxşılaşdırmağa çalışın. İntuisiyanızın səsini dinləyin. Ailə üzvləri ilə təmaslarda həssas olun. Əkizlər - əlverişli və rahat gündür. Böyük uğurlara nail ola bilərsiniz. Yaşanan olayların əsas məqamlarını nəzərdən qaçırmasanız, adi günlərlə müqayisədə daha çox səhvlərə yol verməyəcəksiniz. Yeni işgüzar tərəfdaşlar tapmaq olar. Günün ikinci yarısında tərəfdaşlarla əməkdaşlıq sərfəli, həm də xoş olacaq. Alış-veriş, daşınmaz əmlakla əməliyyatlar üçün münasib zamandır. Sevdiyiniz insanın istəklərini nəzərə alın, onları qulaqardına vurmayın. Xərçəng - məqsədə doğru aparan yolda sədlər və maneələr var. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Kimsəyə imkan verməyin ki, əhvalınızı pozsun. İşdə tapşırıqlar artır. Adi günlərlə müqayisədə işlər daha çox olacaq. Təşkilatçılıq məharətinizi işə salaraq problemləri sürətlə çözməyə çalışın. Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Planlaşdırdığınız işlər, görüş və istirahətdən imtina etməyin. Qəfil hədiyyə və sürpriz istisna deyil. Axşam saatlarında normal dincəlin. Şir - yeni tərəfdaşlar və müttəfiqlər cəlb eləmək üçün əlverişli zamandır. İndiyədək sizə laqeyd yanaşan insanın rəğbətini qazana bilərsiniz. Dəvət aldığınız yerə qatılın. Diqqət mərkəzində olsanız, təlaşa düşməyin. Günün ikinci yarısında yeni şərik və ya həmkarlarla ünsiyyət sizə müsbət emosiyalar bəxş edəcək. Sərfəli məsləhətlər ala bilərsiniz. Geyim, orijinal bəzəklər və aksessuar almaq üçün yaxşı zamandır. Sizi qeyri-adi, parlaq nəsnələr cəlb edir. Nüfuzlu insanla tanışlıq istisna deyil. Qız - birmənalı olmayan gündür. Hər şey ilk baxışdan göründüyü qədər pis deyil. Yaşananları yalnız bədbin çalarlarda görərək situasiyanı neqativ dəyərləndirməyin. Kiçik itkilər, uğursuz alış-veriş və sərmayə ola bilər. Amma ağır maliyyə problemləri yaşanmayacaq. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların tələblərini dinləyin. Aldığınız təkliflərlə bağlı düşünməyə dəyər. Dərhal cavab verməyin. Axşam saatları yaradıcılıq üçün əlverişlidir. Tərəzi - yaranmış situasiyanı təhlil edin. Baş verənlərlə bağlı düşünməyə dəyər. Qətiyyətli, iradəli addımlar və kəskin qərarlar zamanıdır. İntuisiyanız sizə işgüzar məsələlərin həllində tələskənliyə yol verməməyi deyir. İri miqyaslı sərmayə yatırmağa dəyməz. Bahalı əşyalar almayın, uzunmüddətli əməkdaşlıqla bağlı kiminləsə danışıqlar və müzakirələr aparmayın. Kobud səhvlərə yol verməyin. Günün ikinci yarısında səbrli və təmkinli olsanız, yaxın ətrafınızdakı insanlarla münaqişələrə yol verməyəcəksiniz. Bunu dəyərləndirəcəklər. Axşam saatları dostlarla görüş və müzakirələr üçün əlverişlidir. Son vaxtlar sizi narahat edən məsələni nəzərdən keçirə bilərsiniz. Əqrəb - işgüzar münasibətlərlə şəxsi təmasları heç bir halda qarışdırmayın. Bu gün belə qarışıq partlayışa səbəb ola bilər. Peşəkar fəaliyyət müstəvisində yaranan çətin problemləri həll etmək imkanları var. Sizi diqqətdə saxlayan insanlara işlərin öhdəsindən gəldiyinizi göstərin. Günün ikinci yarısında uğurlu anlaşma və ya sərfəli uzunmüddətli müqaviləyə nail ola bilərsiniz. Ailə üzvləri ilə təmaslarda diqqətli, qayğıkeş, həssas olun. Ən xırda məsələlərdə belə, onların maraqlarını, istək və təkliflərini qulaqardına vurmayın. Qarşılıqlı incikliyə yol verməmək çətin olsa da, ailədə sülhü qorumaq üçün səy göstərin. Oxatan - əlverişli emosional fonu olan gündür. Əhvalınız pis olmayacaq. Ən çətin situasiyalarda belə, ruhdan düşməyin, nikbin qalın. Peşəkar fəaliyyətlə yanaşı, şəxsi həyatınızla bağlı məsələləri müzakirə etmək olar. Günün ikinci yarısında həmfikirlərlə yanaşı, müttəfiqlər də tapacaqsınız. Yeni romantik təmas yaşamınızda əhəmiyyətli rol oynaya bilər. Adi günlərdə müqayisədə daha çox orijinal və cəsur addımlar atın. Belədə diqqət mərkəzində ola bilərsiniz. İmiclə eksperimentlər uğurlu olacaq. Dəyişikliklər nə qədər ciddi olarsa, bir o qədər yaxşıdır. Oğlaq - yaxşı xəbərlər alacaqsınız. Son vaxtlar nigaran qaldığınız insandan sizi sevindirəcək məlumat gələcək. Təşviş və təlaş geridə qalacaq. Pozitiv olun. Yaranan kiçik problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanlar sizi tərifləyəcəklər. Günün ikinci yarısı ünsiyyət, dəvət aldığınız yerə yollanmaq üçün yaxşı zamandır. Yeni tanışlıqlar olacaq. Onların sürəyi sizdən asılıdır. Dolça - neytral gündür. Hadisələrin inkişaf məcrası sizdən və davranışınızdan asılıdır. Planetar məqamların duruma təsiri olması barədə marazmatik iddialara inanmayın. Yeni təcrübə və bilik əldə etmək üçün əlverişli zamandır. Dünyagörüşünüzü artırın. Əldə etdiyiniz məlumatlar karınıza gələ bilər. Biliklərin artırılması üçün də pis gün deyil. Günün ikinci yarısında etibarlı tərəfdaşla yeni işə başlamaq olar. Qəfil səfər xərclərə səbəb olacaq. Amma xeyli xoş emosiyalar alacaqsınız ki, bu da sərf olunan pula dəyər. Romantik görüşlər pis keçməyəcək. Balıqlar - intuisiyanıza güvənsəniz, yaxşı və uğurlu gün olacaq. Ənənələri pozmağa, daşlaşmış qaydalar çərçivəsindən kənara çıxmağa çalışın. Yaxın ətrafınızdakı insanların dedikləri kimi yox, öz bildiyiniz kimi hərəkət edin. Peşəkar fəaliyyət müstəvisində dəyişikliklər və şəxsi həyatda yeniliklər zamanıdır. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla əlaqələrə və təmaslara yenidən baxmaq olar. Yeni münasibətlər istisna deyil. Axşam saatlarına yaxın əhvalınız pozula bilər. Zərərli vərdişlərdən birindən imtina edin, tamahınıza kölə olmayın. Sadə və faydalı qidalarla kifayətlənin.Milli.Az Geri qayıt |