Əsas Səhifə > Gündəm / Dünya > Böyük Britaniyanın kraliçası ABŞ prezidentini Vindzor sarayına dəvət edib

Böyük Britaniyanın kraliçası ABŞ prezidentini Vindzor sarayına dəvət edib


3-06-2021, 21:44

 

Böyük Britaniya kraliçası II Elizaveta ABŞ prezidenti Cozef Baydeni və xanımı Cili Vindzor sarayına dəvət edib.


Şəffaflıq.az xəbər verir ki, məlumatı Bukingem sarayının mətbuat xidməti yayıb.

Görüş iyunun 13-də Cozef Baydenin “Böyük-7"liyin (“G-7”) Britaniyada keçiriləcək sammiti çərçivəsində baş tutacaq. Bu həm də ABŞ prezidentinin ilk xarici rəsmi səfəri olacaq. Keçmiş prezident Donlad Tramp isə kraliça ilə 2019-cu ilin iyununda Londona işgüzar səfəri zamanı görüşüb.

Məlumata görə, Cozef Bayden iyunun 11-14-də Avropa turnesi zamanı Belçika və Böyük Britaniyaya səfər edəcək. Bir müddət əvvəl II Elizabetin ABŞ prezidentinə andiçmədən əvvəl xüsusi məktub göndərdiyi barədə informasiya yayılmışdı.




Geri qayıt