Əsas Səhifə > Hadisə > Füzulidə minik avtomobili ilə traktor toqquşub, ölən var

Füzulidə minik avtomobili ilə traktor toqquşub, ölən var


3-06-2021, 15:06
Füzuli rayonunda yol qəzası olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 2-də saat 20 radələrində rayonun Böyük Bəhmənli kəndi ərazisində kənd sakini Elşad Hüseynovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Kərimbəyli kənd sakini Ş.Süleymanovun idarə etdiyi “Belarus MTZ-80” markalı traktor toqquşub. Nəticədə E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Şəffaflıq.az

Geri qayıt