Əsas Səhifə > ELM VƏ TƏHSİL > “Yay məktəbin”də hansı müəllimlərin dərs keçəcəyi məlum olub
“Yay məktəbin”də hansı müəllimlərin dərs keçəcəyi məlum olub1-06-2021, 13:15 |
“Yay məktəbin”də dərs deyəcək müəllimlər məktəbdaxili tənzimlənmə vasitəsi ilə seçiləcəklər”. Şəffaflıq.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O qeyd edib ki, iki həftəlik “Yay məktəbi” bitdikdən sonra müddətin yenidən uzadılması nəzərdə tutulmayıb: “Açıq havada və ya məktəbin həyətində dərs keçmək yaxşı ideyadır. Lakin məktəndənkənar ərazilərdə bunu təşkil etmək düzgün deyil”. V.Yayublu əlavə edib kİ, “Yay məktəbi”nin təşkili bütün məktəblər üçün keçərlidir: “Bir dərs müddəti 45 dəqiqə olacaq”. Qeyd edək ki, iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur. İyunun 30-dək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək. Geri qayıt |