Əsas Səhifə > MANŞET / Redaktor seçimi / REGİON > Nahid Bağırov: Yaxın illərdə İsmayıllıda “Coca-Cola” və “Efes” zavodları istifadəyə veriləcək

Nahid Bağırov: Yaxın illərdə İsmayıllıda “Coca-Cola” və “Efes” zavodları istifadəyə veriləcək


31-05-2021, 19:30

İki gün bundan öncə sosial media da İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun, prezident İlham Əliyevə yalan danışması ilə bağlı video sujetə rast gəldik.

Prezident İlham Əliyevin ötən il iyul ayında  İsmayıllıya səfəri zamanı “Coca-Cola” və “Efes” zavodlarının açılacaqı ilə bağlı çıxışına istinadən söz açılıb. Sözü gedən məsələ bağlı rayon icra hakimiyyətinin Başçısı ilə əlaqə saxladıq.Rayon rəhbəri məsələ ilə bağlı suallarımızı ətraflı olaraq cavablandırdı.

Çıxışımda qeyd etdiyim kimi yenədə deyirəm yaxın  ildə İsmayıllı rayonunda “Coca-Cola” və “Efes” zavodları açılacaq.
Bu sözləri Şəffaflıq.az-a İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib.
İcra baçısı saytımızda gedən yazıya cavab olaraq bildirib ki, prezidentə verdikləri sözləri yerinə yetirəcəklər.
Onun sözlərinə görə,Yaxın illərdə İsmayıllıda “Coca-Cola” və “Efes” zavodları istifadəyə veriləcək:
“Hazırda bölgədə işlər gedir. Artezian quyuları vurulur. Prezident İlham Əliyevə verdiyimiz sözü tutacağıq. Proses davam edir. İşləri bir qədər pandemiya ləngidir. Ancaq bu o demək deyil ki, iş dayanıb”.
İcra başçısı onu da qeyd edib ki, hazırda velisoped zavodunda qazilərimiz üçün əlil arabalarının hazırlanması prossesi başlayır: “Yeni sistem nəticəsində bu arabalarla bağlı xaricdən asılılığımız aradan qalxacaq”.


Baş Redaktor: Vahid İsmayılov
Şəffaflıq.az
Geri qayıt