Əsas Səhifə > Gündəm > Maskasız Bakı

Maskasız Bakı


31-05-2021, 10:27
Bu gündən ölkə ərazisində açıq hava məkanlarında əhalinin tibbi maskadan istifadə etməsi tələbi ləğv edilib.
Şəffaflıq.az xəbər verir ki, şəhər sakinlərinin çoxu açıq ictimai yerlərdə tibbi maskadan istifadə etməməyə başlayıb.
Amma bununla yanaşı insanlar arasında küçələrdə könüllü olaraq tibbi maskadan istifadə edənlərə də rast gəlinir.
Qeyd edək ki, mayın 31-i saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilib.
Xatırladaq ki, açıq məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə ötən ilin noyabrın 21-dən məcburi idi. 6 aydan çox bir müddət ərzində maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.
Bu tələbin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olurdu. Belə ki, açıq havada maskadan istifadə etməyən fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə olunurdu.

Geri qayıt