Əsas Səhifə > Kriminal > Güllə başından dəyib ağzından çıxıb - 19 yaşlı gənci rus polis necə öldürüb?
Güllə başından dəyib ağzından çıxıb - 19 yaşlı gənci rus polis necə öldürüb?31-05-2021, 09:18 |
Novosibirsk yaxınlığında yol polisininin güllələdiyi azərbaycanlı gənc Vəkil Abdullayevin xəstəxanada dünyasını dəyişməsi bu hadisəyə diqqəti artırıb. Novosibirsk vilayətinin Səhiyyə Nazirliyi Moşkovo qəsəbəsində baş verən hadisədə yaralanmış Vəkil Abdullayevin ölümünü təsdiqləyib. Həkimlər oğlanın həyatı üçün iki gün mübarizə aparıblar. Amma güllə başın arxasına dəyib ağızdan çıxdığı üçün gəncin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisə mayın 28-də Sibir yolunda baş verib. Rəsmi məlumatda qeyd edilir ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisinin dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman 19 yaşlı gənc Vəkil müdaxilə etməyə başlayıb və bu hadisə baş verib.Hadisənin səbəbkarı 38 yaşlı polisə qarşı “Rəsmi səlahiyyətləri aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi) və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” ( Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi ) maddələri ilə cinayət işi açılıb. Polis məmurunu 10 ilədək həbs cəzası gözləyir. Rusiyanın “Komsomolskaya Pravda”nəşri hadisə ilə bağlı öz araşdırmasını aparıb. Bildirilir ki, mayın 28-də Vəkil iki dostu ilə birlikdə Tomskdan qayıdırmış. Tomska getmələrinə səbəb maşın üçün sifariş etdikləri ehtiyat hissələri almaq olub. Xarici avtomobili sahibi 19 yaşlı Vəkil idarə edirmiş. Onlara evə qayıdarkən tamamilə ayıq olublar. Novosibirsk bölgəsində "Toyota" yol polisi əməkdaşı tərəfindən təqibə alınıb. Bunun səbəbi ilə bağlı iki fərqli versiya var. Yol polisi iddia edirlər ki, “Toyota” “saxla” əmrinə tabe olmayıb və bu səbəbdən avtomobili təqibə alıb. Gənclər isə iddia edir ki, yol polisinin onları saxlamaq istəməsini, hətta onları miqalka ilə təqib etdiyini görməyiblər. Maşını isə bir kafenin qarşısında özləri saxlayıblar ki, tualetə girsinlər. Avtomobildə isə Vəkildən başqa qardaşı İlkin və Ruslan adları dostları olub. İlkin deyib ki, onlar qayıdanda görüblər ki, yol polisi Ruslanın əl-qolunu buraraq zorla avtomobilə soxmağa çalışır. “Biz onların yanına qaçdıq. Müfəttiş avtomobilimizin şüşəsini yumruqlamağa başlayanda hirsləndik. Polis bu dəfə Vəkilə qarşı zor tətbiq etməyə başladı. Ruslan isə telefonunu çıxarıb bütün bu baş verənləri çəkməyə çalışdı. Onun mobil telefonunu aldı, sonra isə mən baş verənləri çəkməyə başladım” deyə, o bildirib. “Bu video artıq demək olar ki, bütün ölkə tərəfindən izlənilib. Kadrlarda gənclər yol polisinə müqavimət göstərir, patrul avtomobilinə minmək istəmirlər. Hər ikisi də ana söyüşü edirlər. Sonra çəkiliş kəsilir. Və kadrlarda gənc sürücü Vəkilin avtomobilin kapotundan necə süründüyü, ağzından qan axdığı görünür. Onun başı üzərində həyəcanlı yol polisi dayanıb, əlində tapança ...” deyə, Rusiya nəşri yazır. Qardaşı deyib ki, polis əlində tapança ilə Vəkili maşının kapotuna sıxanda hər şeyin ciddi olduğunu başa düşüb. “Müdaxilə etmək üçün ani telefonu söndürdüm və bu zaman atəş səsi eşidildi. Mən o anı çəkmədim. Qanı gördükdə əvvəlcə şok oldum, ancaq telefonumu yenidən çıxarıb çəkməyə başladım ” deyə, o bildirib. İlkin və hadisənin digər şahidi deyib ki, yol polisindən kəskin spirt iyi hiss ediblər. Müstəntiqlərin versiyasına görə də yol polisi əməkdaşı səlahiyyət hədddini aşaraq 19 yaşlı oğlanı yumruq və təpiklə vuraraq ona zor tətbiq edib. Bundan sonra, "PM" tipli xidməti tapançasını çıxararaq, atəşə hazır vəziyyətə gətirib, sonra isə tətiyi çəkib. Yol polisi dərhal həbs edilib. Onun saxlanıldığı müvəqqəti təcridxananı OMON nəzarətə alıb. “Mitinq keçirmirik, amma təbii ki, qəzəblənmişik. Bu dəhşətli hadisədən xəbər tutan Vəkilin tanışları, dostları və qohumları Moşkovoya gəliblər. Atası Gürcüstandan qayıdır. Rusiyada belə bir məsələyə görə adama atəş açıla biləcəyini ağlımıza sığışdıra bilmirik. Sabah bu cür polislər sizə, övladlarınıza hücum edəcəklər və bu qorxuncdur” deyə, Vekilin dayısı Asif Yusubov nəşrə bildirib.(musavat.com) Geri qayıt |