Əsas Səhifə > Kriminal > Şamaxıda oğurluğa cəhd göstərən şəxsin üstündən silah aşkarlanıb

Şamaxıda oğurluğa cəhd göstərən şəxsin üstündən silah aşkarlanıb


29-05-2021, 19:24

 

Şamaxı rayonu ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Səlimbəyli saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş E.Səlimbəylidən şəxsi axtarış zamanı “Marqolin” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.


Şəffaflıq.az
Geri qayıt