Əsas Səhifə > Gündəm / Dünya > Bu ölkə yenidən tam qapanmaya gedir

Bu ölkə yenidən tam qapanmaya gedir


28-05-2021, 22:02

 

Malayziyada son bir həftədə koronavirusa yoluxmanın artmasına görə ölkə üzrə tam qapanmaya gediləcəyi açıqlanıb.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, mayın 20-dən başlayan artım temdensiyası bu gün 8 mini ötüb.

Buna görə də ölkədə küçəyə çıxma yasağı tətbiq olunacaq.

Tam qapanma 1-14 iyun tarixlərini əhatə edəcək. Əsas xidmət sektorları istisna olmaqla, bütün sektorlar fəaliyyətini dayandıracaq.

Bildirilib ki, ilk mərhələdə yoluxma sayında azalma müşahidə olunarsa, dörd həftə içərisində digər sektorlar mərhələli şəkildə açılacaq.

Geri qayıt