Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanın 42 şəhər və rayonu xərclərini öz gəlirləri hesabına maliyyələşdirib
Azərbaycanın 42 şəhər və rayonu xərclərini öz gəlirləri hesabına maliyyələşdirib24-05-2021, 13:19 |
2020-ci ildə respublikanın 42 rayon və şəhəri dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı almadan xərclərini öz gəlirləri hesabına maliyyələşdiriblər. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib. Həmin şəhər və rayonlar bunlardır: Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir və Tovuz rayonları. Sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq. Geri qayıt |