Əsas Səhifə > İqtisadiyyat > Dünyada 9 nəfər koronavirus vaksinləri sayəsində milyarder oldu

Dünyada 9 nəfər koronavirus vaksinləri sayəsində milyarder oldu


24-05-2021, 11:00
 Dünyada doqquz nəfər əczaçılıq şirkətlərinin koronavirus vaksinlərinin istehsalından əldə olunan gəlirləri sayəsində milyarder olub.
Şəffaflıq.az “Forbes”ə istinadən xəbər verir ki, bu barədə “People's Vaccine Alliance” qeyri-hökumət təşkilatı tərəfindən hazırlanmış məruzədə deyilir.
Məruzəyə əsasən, Amerikanın “Moderna” şirkətinin rəhbəri Stefan Banselin, Almaniyanın “BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin yeni milyarderlər siyahısına başçılıq edirlər. Onların sərvəti indi müvafiq olaraq 4,3 milyard və 4 milyard ABŞ dolları qiymətləndirilir.
Reytinq siyahısında həmçinin “Moderna” Direktorlar Şurasının sədri Nubar Afeyan da daxil olub. Onunla yanaşı, siyahıda Amerika sərmayədarları Timoti Sprinqer və Robert Lanqerin də adları var. Onlar 2010-cu ildə “Moderna” şirkətinin inkişafına 5 milyon və 1,5 milyon ABŞ dolları investisiya ayırıblar. İspaniyanın əczaçılıq şirkəti “Laboratorios Farmacéuticos Rovi”nin Direktorlar Şurasının başçısı Xuan Lopes-Belmonte də vaksin istehsalı sayəsində milyarder olanlardandır. Bundan başqa, pandemiya zamanı Çinin “Cansino” əczaçılıq şirkətinin üç həmtəsisçisi də milyarder olublar.

Geri qayıt