Əsas Səhifə > Hadisə / Dünya > Çində dağ marafonu zamanı ölənlərin sayı 21-ə çatıb

Çində dağ marafonu zamanı ölənlərin sayı 21-ə çatıb


24-05-2021, 08:15

 

Çinin Qansu əyalətində dağ marafonu yarışması zamanı azı 21 nəfər ölüb.

Şəffaflıq.az bildirir ki, bu barədə “Global Times” nəşri məlumat yayıb.


Məlumata əsasən, daha 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Hadisə hava şəraitinin kəskin pisləşməsi nəticəsində baş verib. 172 nəfərin iştirak etdiyi yürüş yarımçıq dayandırılıb. İştirakçılar dağlıq ərazidən təxliyə olunub.


Yerli hakimiyyət orqanları insidentin səbəblərinin daha geniş araşdırılması məqsədilə işçi qrup yaradıb.

Geri qayıt