Əsas Səhifə > Mədəniyyət > Əbu-Dabi Azərbaycanı "Yaşıl siyahı"ya əlavə edib
Əbu-Dabi Azərbaycanı "Yaşıl siyahı"ya əlavə edib24-05-2021, 00:36 |
Azərbaycan Əbu-Dabinin turistlər üçün nəzərdə tutulan "Yaşıl siyahı"sına əlavə edilib. Bu barədə Şəffaflıq.az Əbu-Dabinin Mədəniyyət və Turizm Departamentinə istinadən xəbər verir. Məlumata əsasən, Azərbaycandan gələn sərnişinlər Əbu-Dabiyə endikdən sonra məcburi karantin tədbirlərindən azad edilir və yalnız Əbu-Dabi hava limanına çatdıqdan sonra PZR testindən keçməlidirlər. Mayın 23-ü yenilənən "Yaşıl siyahı"ya artıq 29 fərqli yer daxildir. Aprelin 25-dən qüvvədə olan əvvəlki "Yaşıl siyahı" ilə müqayisədə siyahıya Azərbaycandan əlavə, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və ABŞ da əlavə edilib. Mədəniyyət və Turizm Departamenti "Yaşıl siyahı"nın yalnız BƏƏ-yə sərnişinlərin gəldiyi yerlərə aid olduğunu, vətəndaşlığa aid olmadığını da açıqlayıb. Siyahı BƏƏ cəmiyyətinin rifahını təmin etmək üçün ciddi sağlamlıq və təhlükəsizlik meyarları əsasında yenilənir. Geri qayıt |