Əsas Səhifə > Mədəniyyət / Cəmiyyət > Göyçayda IX Şairlər günü qeyd edilib._FOTO
Göyçayda IX Şairlər günü qeyd edilib._FOTO14-06-2019, 18:34 |
Göyçay şəhərində Xalq şairi Rəsul Rzanın ev-muzeyində IX Şairlər günü keçirilib.Şəffaflıq.az xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, “Şairlər günü” layihəsinin rəhbəri, şair Xəyal Rza, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) rəhbəri, şair Mehmet Nuri Parmaksız, Qazaxıstan Yazıçılar Birliyinin birinci katibi, şair Akberen Elgezek, həmçinin Türkiyənin digər tanınmış şair və ədəbiyyatşünasları, sənət adamları iştirak ediblər.Toplantı iştirakçıları öncə Əli Kərim adına şəhər parkını, Şəhidlər xiyabınını və “Əbədiyaşar ədiblər” kompleksini ziyarət edib, abidələrin önünə gül-çiçək dəstələri düzüblər.Xalq şairi Rəsul Rzanın ev-muzeyində davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə Ulu Öndərin həmişə yaradıcı insanların yanında olduğunu, onlara diqqət və qayğı göstərdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək, Türkiyə və Azərbaycan arasında yaranan ədəbi körpünün türk dünyası yazarlarının bir–birini tanımasına vəsilə olduğunu söyləyib. O, bu gün belə genişmiqyaslı ədəbi əlaqələrin yaranmasının təqdirəlayiq olduğunu deyib.Mehmet Nuri Parmaksız çıxışında bu cür tədbirlərin türk dünyasının yazarları arasındakı mənəvi bağlılığın güclənməsində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.Sonra qiraətçilər tərəfindən “Mən torpağam”, “Məndə ixtiyar olsa”, “Soruş” şeirləri səsləndirilib.Sonda tədbir Göyçay Rayon Mədəniyyət Evinin və uşaq musiqi məktəbinin kollektivlərinin ifasında konsert proqramı ilə başa çatıb.Davud Şəffaflıq.az Geri qayıt |