Əsas Səhifə > İdman > Ramos AVRO-2020-ni qurban verə bilər
Ramos AVRO-2020-ni qurban verə bilər22-05-2021, 08:32 |
"Real"ın kapitanı Serxio Ramos AVRO-2020-ni buraxa bilər. Şəffaflıq.az apasport.az-a istinadən bildirir ki, zədədən əziyyət çəkdiyi üçün mövsümü başa vuran 35 yaşlı mərkəz müdafiəçisi heyətə çağırılsa da, qitə birinciliyinə yollanıb-yollanmayacağı qeyri-müəyyəndir. Ramosun məsələsinə bazar günü baş məşqçi Luis Enrike ilə görüşdən sonra aydınlıq gələcək. Veteran futbolçu tam hazır olmasa, AVRO-2020-ni buraxıb, Tokio Yay Olimpiya Oyunlarına yollanmaq istəyəcək. Qeyd edək ki, Serxio Ramos zədə ucbatından bu mövsüm La Liqada cəmi 15 oyunda iştirak edib. Geri qayıt |