Əsas Səhifə > Maraqlı / Cəmiyyət > Rusiyada 2023-cü ildə hidrogenlə işləyən pilotsuz yük avtomobilləri fəaliyyətə başlaya bilər

Rusiyada 2023-cü ildə hidrogenlə işləyən pilotsuz yük avtomobilləri fəaliyyətə başlaya bilər


21-05-2021, 08:50
 

Rusiya şirkəti “Evocargo” 2023-cü ildə dövlətə məxsus “Avtodor” şirkətinin “Ağıllı yollar” layihəsi çərçivəsində hidrogenlə işləyən pilotsuz yük avtomobillərinin istifadəyə veriləcəyini planlaşdırır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Avtodor” şirkəti məlumat yayıb.
Bildirilib ki, hazırda "Evocargo” pilotsuz yük avtomobilinin genişləndirilmiş versiyası üzərində işləri başa çatdırır.
Qeyd edək ki, 40 ton yükdaşıma qabiliyyəti və 1000 km-ə qədər mənzili qət edəcək avtomobil hidrogen yanacağı ilə işləyəcək.APA

Geri qayıt