Əsas Səhifə > SİYASƏT > Paşinyan bu ərazilərin Azərbaycana qaytarılacağını təsdiqlədi
Paşinyan bu ərazilərin Azərbaycana qaytarılacağını təsdiqlədi20-05-2021, 14:39 |
![]() Şəffaflıq.az xəbər verir ki, hökumət başçısı Azərbaycanla sərhəd məsələlərinə dair yeni müqavilə imzalanacağını təsdiqləyib. Nikol Paşinyan bu barədə məlumatı ilk yayan şəxsi – Serj Sarkisyanın kürəkəni, hazırda İtaliyada yaşayan Mikael Minasyanı da tənqid edib. “Bəli, Azərbaycanla yeni müqavilə imzalanacaq. Əgər həmin sənəd anti-ermənidirsə, niyə Minasyan həmin sənədin yalnız bir hissəsini yayımlayıb?”- deyə Paşinyan sual edib. Xatırladaq ki, Mikael Minasyan Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanacaq yeni müqavilə ilə Qazaxın 7 kəndininin, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağını qeyd etmişdi. Minasyan Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarmağı nəzərdə tutan, Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya məsələləri üzrə birgə komissiyanın yaradılması barədə yayılan xəbərləri təsdiq edib. Geri qayıt |