Əsas Səhifə > Gündəm > Toylar açıq havada keçirilə bilər
Toylar açıq havada keçirilə bilər20-05-2021, 13:50 |
Azərbaycanda 14 aydır pandemiya səbəbindən toy mərasimlərinin keçirilməsinə icazə verilmir. Deputat Razi Nurullayev açıqlamasında bir ildən artıqdır toyların olmadığını və bundan insanların narahat olduğunu bildirib. O, qapalı məkanlarda 50-100 nəfərlik tədbirlərin olduğunu əsas gətirərək, yay aylarında, açıq havada toylara icazə verilməsini təklif edib. Onun sözlərinə görə, bu zaman pandemiyanın şərtlərinə uyğun toy mərasimləri təşkil etmək mümkündür. İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, toyların keçirilməsinə icazə verilməsi iqtisadiyyatda, xüsusən də kənd təsərrüffatı məhsullarının istehlakı sahəsində dirçəliş yarada bilər. Şəffaflıq.az Geri qayıt |